31 Yanvar 2020 11:13
616615
GÜNDƏM

Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

"Üçrəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən,orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınanazadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlalqurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirənmilli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm


Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Bu fikirlər Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadənin28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqınaxitabından götürülüb.

OMəhəmməd Əmin ki...

Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist,Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasimühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin ad günüdür.




MəhəmmədƏmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbindəalıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gəncliktəşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndənayrılmaq məcburiyyətində qalıb.
Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat"partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədrseçilib.

Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıqduyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyətiolur.Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsiilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindənİsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərinihəmişəlik tərk edir.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətininAvropa dövrü başlayır.

Bu illərdə o,Almaniyada "İstiqlal” qəzetini, "Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isəmilli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillikuğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütünmühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanınmüstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə

Minlərləəsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır.1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə vəayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədənuzaqlaşır.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olanhissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildəAnkarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafındabirləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan”jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla QərbinSSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə” proqramına dəstək verir, "Amerikanın səsi”,"Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.


M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib,onu "Əsri” məzarıstanlığında dəfn ediblər.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən

Sonolaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.Amma bu ötən zaman ərzində böyük Azərbaycansevdalısını unudulmayıb! Birkərə yüksələn bayraq bir daha enməz!Bəli, vətəni böyük şəxsiyyət M.Ə.Rəsulzadə qədər sevən hər kəs inanır ki, o bayraq enməyəcək! Hətta bir günişğal olunmuş Qarabağda, İrəvanda, Zəngəzurda, Vedidə dalğalanacaq!İnanırıq ki,o vaxt ruhun şad olacaq! Ruhun şad olsun!

Əntiqə Rəşid

Adalet.az