Bulvarda sudan meyit çıxarıldı

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər

AAYDA-dan Saray körpüsü ilə bağlı iddialara cavab

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq

“BMW” hasara çırpıldı - Sərnişin belə çıxarıldı - VİDEO

Bayram günlərində 230 yanğın olub - VİDEO

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

DSX-nin hərbçisi VƏFAT ETDİ

Azərbaycana keçənlər Ermənistana qaytarıldı - YENİLƏNİB
