adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2015 12:39
3492
ƏDƏBİYYAT

“Səməd Behrəngi” adına mükafatın qalibləri martda bəlli olacaq

Azərbaycan Yazıçılar Birliyində (AYB) "Səməd Behrəngi” adına ədəbi müsabiqənin mükafatlandırma mərasimi keçiriləcək. Mükafat Komitəsinin sədri Sayman Aruzun məlumatına görə, martın 12-də AYB-nın Natəvan klubunda baş tutacaq mərasimdə AYB və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan www.litdiaspora.az-ın təsis etdiyi qaliblər müəyyənləşəcək. 

 

Xatırladaq ki, müsabiqə 5 nominasiya (şeir, esse, araşdırma kitabı, hekayə, məqalə) üzrə keçirilib və hər nominasiya üzrə birinci və ikinci yerlər seçilib. İkinci yerlərə diplom, birinci yerlərə isə diplom və planşet hədiyyə olunacaq.