Sellofana salınmış işıqforla bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə sellofana bükülmüş işıqforla bağlı yayılmış görüntülər barədə açıqlama yayılıb.
Adalet.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məsələyə belə aydınlıq gətirib:
"Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib.
Bu foto bu gün sosial şəbəkələrdə geniş paylaşıldı. İstifadəçilərin də çoxu ancaq mənfi fikirlər yazdılar.
Bir nəfər də olsun, həmin vətəndaşa təşəkkür etmədi, sağ ol demədi.
Mən həmin vətəndaşa çox sağ ol deyirəm. O ekranı ora asmaya və yol polisinə məlumat verməyə də bilərdi. Ancaq bir çoxlarından fərqli olaraq sürücülərə kömək etməyi əsas tutdu".
Digər Xəbərlər
29 Dekabr 2025 10:24
Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı
27 Dekabr 2025 13:16
Daha bir marşrut üzrə avtobuslar yenilənir
26 Dekabr 2025 12:43
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
26 Dekabr 2025 11:05


Bakı -°C

