adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Noyabr 2015 17:30
5332
ƏDƏBİYYAT

Səlim Babullaoğlunun “Ədəbi yuxular”ı gerçəkləşəcək

Yaxın vaxtlardatanınmış şair-esseist Səlim Babullaoğlunun "Ədəbi yuxular” adlı yeni kitabı çap olunacaq. Səlim Babullaoğlunun Adalet.az-a verdiyi məlumata görə, hazırda toplu halında təqdim etdiyi kitab onun ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəlyazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir.  

Kitabda "Brodskiniyə əsəbi idi?”, "Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, "Nazim Hikmətşeirindən vaz keçdimi?”,  "Şimborska iləşəkil çəkdirə bilmədik...”, "Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxessual gözləmədən danışır, Brodski isə susurdu...” adlı altı ədəbi yuxu toplanıb. 

Müəllif kitabla bağlı bunları deyib: "On yeddi il əvvəl böyük yapon kinorejissoru Akira Kurosavanın (yuxu atmosferinikinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər gözəl göstərməyi bacaranbaşqalarını tanımıram) yuxuları əsasında çəkdiyi qısa filmlərə baxmışdım. Ruscasəsləndirilən hər bir film bu cümləylə başlayırdı: "Я видел такой сон.” Bunları,yəqin, ona görə yazıram ki, oxuculara danışmaq qərarını verdiyim "ədəbiyuxular”ımın "bəraətini” ifadə edə bilim, şəxsi səciyyəli olmamasını çatdırım,deyim ki, "belə bir yuxu gördüm…””

Qeyd edək ki, kitabın naşiriElçin İskəndərzadə, redaktoru və ön sözünmüəllifi Seyfəddin Hüseynlidir.  Üzqabığında Əlirza Dərvişin əsərindən istifadə edilib.

SeyfəddinHüseynli "Ədəbi yuxular”ın aydınlığı””adlı ön sözündə qeyd edir ki, yaradıcı şəxs yuxularını yazıya almaqla, çapetdirib ədəbi-tarixi sənədə çevirməklə risk edir: "Belə böyük riskə qol qoymaq ənazı özü boyda cəsarət, səmimiyyət istəyir. Bu iki kəlmənin önünə bir "ədəbi” təyini də qoymaqolardı bəlkə. Amma belə keyfiyyətlər üçün əlahiddə təyinat axtarmaq, istənilənhalda, uğursuz cəhddir. Çünki adamda - hər bir ali insani keyfiyyət kimi - cəsarətdə, səmimiyyət də ya olur, ya olmur: yarımçıqlıq, adda-buddalıq, "istisnaçılıq”burda işə keçmir.

S. Babullaoğlununindiyədək  «Tənha» (Bakı, 1996), «İyundaoxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav,Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın»/ (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli iləbirlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalıadamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan,2010), «Polkovnikə heç kim yazmır» (Bakı, 2013, 2014) adlı kitabları işıq üzügörüb.  


Şəfiqə ŞƏFA