13 May 2020 13:55
20818
ŞOU-BİZNES

Səidə Sultanın özünüreklam “çarx”ı fiaskoda: "İçki, avara...”

Özünü müğənni hesab edib başınıbaşlara qoşan Səidə Sultan səsi ilə sənəti ilə necə deyərlər”tutuzdura” bilmədikdənsonra qalmaqalları ilə gündəmdə qalmağa cəhd edib və məhz bu səbəblə hərzaman gündəmdə qala bilib. Əvvəlcəonunla bağlı mediada yayılmış bir neçə qalmaqala diqqət edək:

S.Sultanın həmkarı Elnarə Xəlilovaya"zövqsüz” deməsi əməlli- başlı bir insidentə səbəb olmuşdu. Elnarə cavabında SəidəSultana musiqini şəxsən özü öyrətdiyinivə onu "W-trio” qrupuna özü gətirdiyinidedi. Sonra isə Səidənin "Space”telekanalının "Əsl şou” verilişində aparıcılığa başlaması haqqında da bu açıqlamanı verdi: "Sonra deyirsiniz "Elnarəxanım, efirlərə niyə çıxmırsınız?” Efir zibilxana olub. Milli Televiziya və RadioŞurası hara baxır?”.

Deməli, Səidə Sultan qalmaqal yaratdığı ElnarəXəlilovadan nəsibini aldı.

Daha sonar Mehriban Xanlarova Səidə Sultanı məhkəməyəverməyədə hazırlaşdı. MövzuSəidənin dogma nənəsi haqqında işlətdiyi nalayiq cümlələrə Mehriban xanımn təpkisivə qarşı tərəfin buna sərt reaksiyası olmuşdu. Burda da Səidə xeyli gündəmdəqaldı.

Maşın-şouverlişində Pərvin Abıyeva ilə insident yaşadıqdan və Pərvin onu "yerindəotuzdurduqdan” sonra Səidə yenə də özünə yığışmadı.

Songünlər isə xalq artisti Röya Ayxanı tənqid, təhqir etməkdən yorulmur. Guya Röyabunun neçə ilə əvvəlki imicini oğurlayıb: "Mən şəkli götürüb paylaşdım. Yaxşı elədim.Qız məni "iqnor” elədi, sonra da dedi ki, "ayıb olsun”. Mənə niyə ayıb olur?Kimisə təhqir eləməmişəm, şərəfinə toxunmamışam. Vaxtında 80 dənə şeyləretmisiniz, heç onda sizə ayıb olmur?”

Maraqlıdır ki, az qala bir aydı Səidə həmkarıhaqqında ağzına-ağlına nə gəldi danışmasına bax bayaraq, Xalq artisti RöyaAyxan bir dəfə də olsa ona cavab qaytarmadı və ümumiyyətlə onun ittihamlarınıheçə saydı. Bu isə Səidəni özündən daha da çıxartdı. Amma bunun əvəzində izləicilərionu başqa bir mövzuda yerdən yerə çırpdılar.


Adalet.azxəbər verir ki, müğənni instaqram hesabında video paylaşıb. Dostları iləbir yerdə görüntülənən Səidə oturmaq üçün nəzərdə tutulan stulun üzərinəçıxaraq "Əsgər marşı" oxuyub. Səidənin əyləncəsini, masanın üzərindəkiiçki qablarını görən izləyicilər müğənnini tənqid atəşinə tutublar.

Onlar "Vay - vay marşı pis günə qoyublar, gör kimlər oxuyur","çox içmisinizz deyəsən", "İçki, avara məclisi qurub Azərbaycan əsgərinılağa qoyursunuzz" və s. kimi çoxsaylı tənqidi fikirlər yazıblar.

Bax belə, çoxbilmişquş dimdiyindən tələyə düşər.

Əntiqə Rəşid