Xalq və bəstəkar mahnıları səsləndirilir

Heç kimə sirr deyil ki, sosial şəbəkələr və özəl televiziya kanalları bəsit, bayağı mahnıları təbliğ edir. Bu da birmənalı olaraq insanların zövqünü korlamaqla yanaşı, həm də o mahnılar ifa edənləri kütlə arasında məşhurlaşdırır.
Sonradan da o" müğənniləri çox baha qiymətə toylara aparırlar. Bu " manıs" lar da tanınadan sonra o pullara avtomobillər, evlər alırlar və özlərini reklam edərək camaatın əsəbləri ilə oynayırlar. Bir sözlə toy müğənnilərinin əlindən insanlar lap boğaza yığılıb. Amma nə yaxşı ki, son vaxtlar Bakı metrosunun stansiyalarında xalq və bəstəkar mahnıları səsləndirilir. İnanın adam o mahnıları və musiqini dinləyəndə əsəbləri sakitləşir, ruhu dincəlir. Özü də metrodan istifadə edən insanlar da bu mahnıları böyük sevgi ilə qarşılayırlar.
Dünyaşöhrətli sənətkar Rəşid Behbudovun ifa etdiyi" Lalələr" mahnısı çox unikaldır. O mahnını Rəşid bəy elə yüksək sənətkarlıqla ifa edib ki, musiqini dinləyəndə özünü gülün- çiçəyin, lalələrin, yazın içindən hiss edirsən və hiss edirsən ki, yaz yağışı yağır, ürəyinə yaz təravəti hopur.
Özü də Rəşid Behbudov bu mahnını üç- dörd səslə oxuyur və bu "ağ səs" di. Və bu " ağ səs" Azərbaycan musiqisində iki- üç sənətkarda var. Bunlar yanaşı, metroda Polad Bülbüloğlunun və digər böyük müğənniləri mahnıları səsləndirilir. Qoy, özəl televiziya kanalları gözələrinə su versin və Azərbaycan musiqisinin təbliğini Metropolitendən öyrənsin. Əgər öyrənə bilərlərsə...
Emil Faiqoğlu
Digər Xəbərlər

“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi

“Hudutsuz sevda”nın aktyoru vəfat etdi

Məhkəmə məşhur ailə barədə qərar verdi

"5 dəqiqəyə 10 min manat QAZANIRAM"

Meyxanaçı:“İrad bildirməyi şəxsiyyəti təhqir etməklə eyniləşdiriblər”

Keçmiş aparıcı maraqlı hadisə ilə rastlaşıb: “Dərsimi aldım”

Xoşqədəm Hidayətqızı: “Onun yeni tərzi ilə bağlı heç nə deməyəcəm”
