adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Iyun 2022 11:24
1486
ŞOU-BİZNES

Səidə Sultan “qaçqınlar Bakıya gəlməsəydi, musiqi zövqümüz korlanmayacaqdı” dedi...CAVAB

Bəlkədə müğənni Səidə Sultanın yaxşı səsi var. Amma o heç zaman bir hit mahnı ilə gündəmə gəlmədi. Onun hansısa mahnısı kiminsə könlünü oxşamadı. Çünki, bu müğənni xanımda sünilik və qalmaqala meyillilik onu mahnı seçimindən də etdi. Uğur qazananlara “ilişib” gündəm olmağı özünə “peşə seçməsəydi bəlkə də estrada musiqisində özünə bir uğur qazana bilərdi. Onun Röya Ayxanla bir qalmaqalını sizə xatırladım: Xalq artisti Röya Ayxan 2020 –ci ildə hnsısa klipi üçün fotosessiya etdirmişdi. Saç düzümü , saç rəngi tamamilə fərqli bir şəkildə dəyişmişdi. Həmin bu Səidə Sultan çıxdı meydana bar-bar bağırdı ki, bəs Röya mənim “saç stilimi” oğurlayıb. Yeri gəlmişkən qalmaqallı imic dəyişikliyi üçün Səidə Sultandan əvvəl Nətavanda Röyaya atmacalar atmışdı ki, guya bu imic elə yalnızca Nətavana məxsusdu. Söz-söhbət getdikcə daha da böyüdü. MüğənniSəidə Sultan bir neçə gün əvvəl arxivini gün üzünə çıxararaq, həmkarıyla birgə stilist Anar Ağakişiyevi imic oğurluğunda günahlandırdı.

Ürəyi bununla soyumayan, qalmaqallı paylaşımı ilə Röyanı “ifşa edən” Səidə sosial media hesabında canlı efir açaraq, qarşı tərəfi ittiham da etdi. Müğənni sərt sözləri ilə Xalq artistini "ağ yuyub, qara sərdi”: "Ay aman, birdən kimsə oxşar material çıxarar. Mən də 2019-cu ildə çəkdirdiyim fotosessiyamdan şəkil paylaşdım. Yaxşı elədim. Sonra qız (Röya Ayxan - red.) məni "iqnor” edib, "ayıb olsun” dedi. Mənə ayıb niyə olmalıdır? Kimisə təhqir etməmişəm, mənliyini alçaltmamışam və ya şərəfinə toxunmamışam. Vaxtında nələr etmisiniz. Heç o vaxt sizə ayıb olmayıb!? Biz nəsə edəndə ayıb olur?”


Bir sözlə, Röya ilə “uğraşaraq” bir müddət gündəmdə qalmağı bacardı. Daha sonar maraqlı repertuar seçmək, mahnı yazdırmaq, məzmunlu, mənalı, mahnılar axtarıb tapmaq, klip çəkdirmək, musiqi aləminə mahnısı ilə imza qoymaq əvəzinə sabun köpüyünə bənzəyən qalmaqallı gündəmlə efirlərdə, ekranlarda göründü. Onun Elarizi təhqir edən açıqlaması, Sevil-Sevinc bacılarına atmacası, əməkdar artist Nigar Şabanova, aktrisa Pərvin Abıyeva, əməkdar artist Elza Seyidcahan, müğənni Əminə Şirinlə qalmaqallar yaradaraq xeyli müddət “məşhurluğunu” qorudu. Beləcə, sənət yaddan çıxdı.


Repertuarının tamı Röyanın bir mahnısı qədər sevilməyən Səidə Sultan indi də məşhurlardan əl çəki, üzünü tutub müxtəlif problemlərin məngənəsində çarəsiz qalıb Bakıya üz tutan insanlara.


Adalet.az xəbər verir ki, Səidə Sultan Tolik kimi tanıdığımız aparıcı Tarix Əliyevin "Tarixin bir günü" proqramında qonaq olub və yeni mahnısını ifa edib.

Əvvəlcə mahnısı haqqında deyim :Mahnını sona qədər izlədim. (Qarabağlı olduğum üçün , müsiqi duyumuma şübhəniz olması) Səidə Sultanın bəh-bəhlə reklam edib oxuduğu bu mahnıda nə bir sənət zərrəsi var, nə zövqü oxşayan musiqi , nə də dərin məna kəsb edən bir misra... Mahnı başlayandan bitənə kimi dinləyici düşünür ki, bu əzab nə vaxt bitəcək.


Dinləyicisinin – tamaşaçısının nə düşündüyü anlamaq qabliyyəti olmayan Səidə Sultan hesab edir ki, korifey sənətkardı və oxuduğu hər mahnı da əsl incəsənət əsəridir . O üzdən başlayıb verilişdə bayağı mahnıların geniş yayılmasına münasibət bildirməyə. Onun sözündən belə çıxıb ki, qaçqınlıq düşməsəydi qaçqınlar gəlib Bakıya yığışmasaydı, bunun və bununkimilərin musiqi zövqü korlanmayacaqd. Yəni kənddən gələnlər bayağı mahnıları geniş yaydılar deyə estrada öz sözünü deyə bilmədi:"Bakı şəhər kimi qalsaydı, qaçqınlıq düşməsəydi, şəhər kəndə çevrilməsəydi, musiqi zövqümüz korlanmayacaqdı və bayağı mahnılar geniş yayılmayacaqdı. Şəhər kəndə çevrilib, bu bir faktdır. Her şey yerində qalsaydı, bu gün estrada öz sözünü deyərdi".

P.S. Bilmirəm bəlkə də Səidə Sultan oxuyacaq, ya oxumayaq, amma ona bir tövsiyyə vermək lazımdır. Qaçqınlar və məcburi köçkünlərin Bakıya gəlişi 1988- 1993-cü illərə təsadüf edir. O gündən bəri estradanın ulduzları ən gözəl mahnıları oxuyub, sevilib- seçilib, məşhurlaşıblar. Zülfiyyə Xanbabayeva, Briliant Dadaşova, Röya Ayxan, Aygün Kazımova və sairləri elə qaçqınlar Bakıya gələndən sonra hit mahnılarını yaradıblar. Səidə, oxuya bilmirsənsə, 25 ildi səhnədə ola-ola bir HİT mahnı yarada bilməmisənsə, qaçqınları , Bakını günahkar tutma... get, müğənni adından imtina et, özünə uyğun bir iş tap, kafedə qab, yu, həyət süpür, ev yığışdır. Bunu da bacarmırsansa, dilini qoy altına otur üstündə, səsin çıxmasın....

Bu da “korifey” Səidə Sultanın  “sənət əsəri ” olan mahnısı:

Əntiqə Rəşid