Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması...
Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən məlumatlandırma sessiyası WUF13 kimi qlobal əhəmiyyətli bir platformanın mahiyyətinin media nümayəndələrinə daha dərindən çatdırılması baxımından olduqca faydalıdır. WUF13 təkcə beynəlxalq tədbir deyil, bu, şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoq platformasıdır. Medianın bu dialoqda rolu isə həqiqətə əsaslanan, dəqiq və məsuliyyətli informasiya ilə cəmiyyətin məlumatlandırılmasını təmin etməkdir.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
"Bu, tərəfimizdən təşkil olunan artıq ikinci belə sessiyadır. Bu, WUF13-ə hazırlığın sistemli və strateji yanaşma əsasında aparıldığını göstərir. Məhz bu səbəbdən hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır", - deyə Agentliyin rəsmisi bildirib.
Şöbə müdirinin sözlərinə görə, ilk sessiya daha çox ümumi çərçivəni təqdim edirdisə, bugünkü görüşdə mövzular daha konkret istiqamətlər - şəhərsalma, inklüzivlik, yaşıl nəqliyyat və strateji planlaşdırma kimi sahələr üzrə izah olundu. Bu isə jurnalistlərin mövzunu daha peşəkar və analitik yanaşma ilə işıqlandırmasına imkan yaradacaq.
"İnanırıq ki, bu kimi məlumatlandırma sessiyaları nəticəsində jurnalistlər WUF13 mövzularını daha dərindən anlayacaq və ictimaiyyətə daha keyfiyyətli məzmun təqdim edəcəklər", - deyə Səidə Şəfiyeva əlavə edib.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

