adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Dekabr 2019 11:34
76549
MƏDƏNİYYƏT

Səhnədə “Qış karnavalı”dır

Cari repertuartamaşaları ilə yanaşı Yeni il münasibətilə də hər dəfə yeni tamaşa hazırlayanvə bayram günlərində tamaşaçılarına sevinc bəxş edən A. Şaiq adına AzərbaycanDövlət Kukla Teatrı bu dəfə "Qış karnavalı” hazırlayıb.

Bayramın xoşəhvalını səhnədən hiss etdirmək üçün yeni ilin əsas personajları və bizinağıllar aləminə səyahətə dəvət edəcək sevimli qəhrəmanlarımız kuklaçılarınkarnavalında bir araya gələcək.

Belə ki,uşaqlara bayramların birlikdə zaman keçirmək, canlı ünsiyyət üçün fürsətolmasını xatırlatmağa çalışan tamaşa heç bir kompyuter oyunu, mobil əyləncəvasitəsinin onların səs-küylü əyləncəsindən üstün olmadığını göstərir.

Müxtəlifxalqların nağıl qəhrəmanlarının, müasir animasiyanın bizlərə sevdirdiyipersonajların simasında uşaqlara, eləcə də böyüklərə birlik, həmrəylik, səmimiünsiyyət və sevgi tərənnüm edən tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gündörd seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla tamaşaçıların ixtiyarınaveriləcək.

Səhnələşdirənivə quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olanmusiqi tərtibatlı birhissəli kukla tamaşası rəngarəng səhnə tərtibatı, karnavalüslubunda həlli ilə maraqlıdır.

Teatrın aparıcıaktyorlarının rol aldığı tamaşada fərqli texnikalarda hazırlanmış kuklalarlayanaşı canlı planda oyun da göstəriləcək. Belə ki, səhnə işində musiqilərləyanaşı rəqs nömrələri də üstünlük təşkil edəcək.

Qeyd edək ki,dekabrın 20-dən satışa çıxarılacaq biletlərin qiyməti 3 manatdır və yalnız teatrınkassasından əldə etmək olar.