Səhiyyədə kağızsız dövr: e-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?
“2025-ci ili Azərbaycan səhiyyəsinin rəqəmsal transformasiyasında dönüş nöqtəsi kimi qiymətləndirmək tam əsaslıdır. Məhz bu ildən etibarən səhiyyə sahəsində əsas sənədlərin kağız daşıyıcılardan istifadədən çıxarılması, elektron reyestrlərin mərkəzləşdirilməsi və xidmətlərin real vaxt rejimində inteqrasiyası təmin edilib.
Adalet.az xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə rəqəmsallaşma prosesi pilot mərhələdən çıxaraq sistemli və ölkəmiqyaslı tətbiq mərhələsinə keçib: “Geridə qalan dövr ərzində səhiyyənin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sağlamlıq məlumatlarını vahid, təhlükəsiz və əlçatan informasiya məkanında birləşdirən, qurumlararası maneələri aradan qaldıran və innovasiyalara açıq olan vətəndaş yönümlü sistemin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2025-ci ildə icra edilən layihələr Azərbaycanın səhiyyə sisteminin fundamental şəkildə yenidən qurulmasını hədəfləyən vahid strateji yanaşmanın tərkib hissəsidir”.
Bu il ərzində e-Bülleten (elektron xəstəlik vərəqəsi) və e-Epikriz sistemlərinin tam tətbiqi nəticəsində vətəndaşların tibbi məlumatlarının vahid və mərkəzləşdirilmiş reyestrdə toplanması təmin edilib. Bu yanaşma pərakəndə məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına imkan yaratmaqla səhiyyə sisteminin institusional əsaslarını möhkəmləndirib.
Bütün Səhiyyə İnformasiya Sistemlərinin myGov portalı və Digital Login platforması ilə inteqrasiyası nəticəsində sistemlərə girişlərin vahid Rəqəmsal Landşaft çərçivəsində mərkəzləşdirilməsi təmin edilib. Bununla da vətəndaşların reseptlərə, peyvənd məlumatlarına və elektron xəstəlik vərəqələrinə sürətli, təhlükəsiz və rahat çıxışı mümkün olub. Sözügedən yanaşma dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan şəkildə təqdim edilməsinə, eləcə də inzibati prosedurların sadələşdirilməsinə və inzibati yükün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edib.
Mütəxəssis bildirib ki, Səhiyyə Nazirliyində ilk dəfə yaradılmış və 24/7 rejimində fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) genişlənən rəqəmsal infrastrukturu kiber təhdidlərdən etibarlı şəkildə qoruyur:
“Qeyd olunan nailiyyətlər qarşılıqlı şəkildə bir-birini tamamlayaraq Vahid Səhiyyə Ekosisteminin formalaşdırılmasına xidmət edir və Azərbaycan səhiyyə sistemini daha proaktiv, səmərəli və vətəndaş mərkəzli bir idarəetmə modelinə yaxınlaşdırır”.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

