Səhiyyə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR
Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü qeyd olunur.
Adalet.az xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq həyata keçirilir.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

