Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” vasitəsilə ümumilikdə 67 mindən artıq müraciət cavablandırılıb
Müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, bu işlərin sistemli və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” yaradılıb. 9109 qısa nömrəli
“Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.
“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunan “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.
Fəaliyyət göstərdiyi ötən müddət ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 67 326 müraciəti cavablandırılıb.
Bunlardan 13 928-i birbaşa daxil olan, 53 398-i isə proaktiv zənglər təşkil edib.
Bugünədək Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 2257 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə / müalicə ilə bağlı 2291 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin reabilitasiya mərkəzlərinə ümumilikdə 1 237 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 839, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 374 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.
Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi"nə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.
Digər Xəbərlər
30 Oktyabr 2025 14:20
Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? - “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab
30 Oktyabr 2025 14:18
Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
28 Oktyabr 2025 16:04
COVİD-dən CANIMIZ QURTARMAMIŞDI Kİ,
27 Oktyabr 2025 13:01
İmmun sistemini dəstəkləyən qidalar - VİDEO
27 Oktyabr 2025 12:08
Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir
27 Oktyabr 2025 11:37
TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
24 Oktyabr 2025 11:17
"Bu xəstəlik ağciyərə mənfi təsir göstərir"
23 Oktyabr 2025 17:26


Bakı -°C

