Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
"Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb".
Adalet.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib.
Onun sözlərinə görə, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib: "Bu baxımdan uzunömürlü yanaşmanın həm sosial, həm də iqtisadi cəhətdən idarə olunması qaçılmazdır. Tibbin imkanlarından istifadə etməklə insanların sağlam və produktiv yaşamasına, aktiv həyat tərzi sürməsini təmin etmək mütləqdir".
Nazir müavini bildirib ki, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi məqsədinə çatmaq üçün fəaliyyət istiqamətləri olaraq reproduktiv sağlamlığın təmin olunması, uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi və s. məsələlər müəyyənləşdirilib: "Səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır"./report
Digər Xəbərlər
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

