Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı - VİDEO + YENİLƏNİB

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***09:03
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Adalet.az xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.
İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq Bakı polisi tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.
Digər Xəbərlər

İctimai yerdə dini ayin keçirən şəxslər həbs edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi
jpg-1755501408.jpg)
İsrailin "şil-şülküt" etdiyi İran Bakıdan qisas alır: "Xəzər" adı dəyişdirilsin

Bu müraciətlərin Keyfiyyət informasiya sistemi ilə qəbuluna başlanılıb

Hərbi pilotlar təlim-məşq uçuşları həyata keçirdi - VİDEO

Tramp sözünü tutdu: Anti-Azərbaycan konqresmenlərə açı "15" sürprizi

AYNA: “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir
jpg-1755253228.jpg)