Səfir Joel Liondan ermənilərin döyülməsinə reaksiya: Ekstremistlər...
Xəbər verdiyimiz kimi, yanvarın 28-29-u İsraildə ekstrimist ermənilər yaratdıqları gərginlik səbəbindən gündəmi zəbt ediblər. Hadisəyə səbəb ermənilərin işləmək üçün gedib müvəqqəti qaldıqları yerdə yəhudilərə "bura bizim məhlədir" demələri olub. Sonra mübahisə yaranıb. Əraziyə gələn polis qüvvələri erməni təxribatçılara qarşı güc tətbiq edib, bir qrup ermənini döyüb. Teleqram kanalları məlumat verir ki, polis əməkdaşları erməniləri döydükdən sonra bölməyə aparıblar.
Adalet.az xəbər verir ki, İsrailin Ermənistandakı səfiri Joel Lion öz Twitter hesabında olaya münasibət bildirib . O, ermənilərə və Qüds Erməni Patriarxlığına qarşı hücumların heç bir halda İsrailin plüralist, eyni zamanda müxtəlif xalq və millətlərdən ibarət cəmiyyətini təmsil etmədiyini yazıb. Səfir Lion öz paylaşımında iddia edib ki, hadisə bir neçə ekstremist tərəfindən həyata keçirilib:”Bu xoşagəlməz hadisələr bir neçə ekstremist tərəfindən törədilib. İsrail bütün dinlərin ibadət azadlığına sadiqdir, bunu şübhəli şəxslərin dərhal həbsi sübut edir".
Qeyd edək ki, 3 gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan “Twitter” səhifəsində: “Biz Qüdsdəki xristian dini qurumlarına, o cümlədən Erməni Patriarxlığına və İçərişəhərin erməni sakinlərinə qarşı yönəlmiş son zorakılıq və vandalizm aktlarından dərin narahatıq”-deyəpaylaşım etmişdi.
Hunanyan bildirirdi ki, Qüdsdən olan Dikon Aqan Qoqçyan adlı erməninin müqəddəs torpaqlarda ermənilərə qarşı hücumlar barədə mətbuata açıqlama verib:” iki yəhudi radikal erməni gənclərin “Ağlama divarı”na yaxınlaşmasının qarşısını almağa çalışıb və onlardan birinin gözünə gözyaşardıcı qaz atıblar. Həmin gün daha bir yəhudi ekstremist qrupu Qüds Erməni Patriarxlığının damına çıxaraq Ermənistanın xaçı və bayrağını cırmağa cəhd göstərib.
Şəhərdə xristianlara, ərəblərə və ermənilərə qarşı zorakılığa çağırış edən plakatlar görünməyə başladı. Bir neçə həftə əvvəl İçərişəhərin erməni məhəlləsindəki erməni kilsəsinin divarlarında vandalizm aktları qeydə alınıb”.
Əntiqə Rəşid
Digər Xəbərlər
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44


Bakı -°C

