Səfər Alışarlı: “Bəzi Qərb dairələri erməni diaspor təbliğatını körükləyərək...”

“Gəncəni, Bərdəni, ümumiyyətlə müharibədən uzaqda yerləşən dinc Azərbaycan şəhərlərini vurmağın əmrini ordu komandlığı verir. O orduya da rəhbərlik edənlərdən biri də Araik Arutyunyan idi və yəqin ki, o qorxusundan yalan danışır və özünü məsuliyyətdən kənara qoymaq istəyir”
Bunu Adalet.az-a açıqlamasında yazıçı Səfər Alışarlı deyib. S.Alışarlı Bakıda saxlanılan separatçıların saxlanma şəraitinin dünya ictimaiyyətinə təqdim edilməsinin həm də vacib olduğunu bildirib:
“İstənilən halda Araikin günahı təkcə Azərbaycan şəhərlərinin vurulmasında yox, separatçılığa başçılıq etməyindədir. Əsas ittiham bu olmalıdır. Şəhərlərimizin vurulması işin kriminal tərəfidir. Amma separatçılığa başçılıq etmək artıq dövlətə qarşı ideoloji təxribatdır. Bunlar arqument kimi düşünürəm ki, mütəxəssislər tərəfinən araşdırılır və irəli sürülür. Söhbət heç bunda da deyil.
Araikin həyat yoldaşının və qızlarının Bakıya gəlməsi düşünürəm ki, ona edilən güzəşt kimi qiymətləndirilməlidir. Onlar gəlsinlər, qoy bunun saxlanma şəraiti ilə tanış olsunlar və burada onlara qarşı heç bir zorakılığın baş vermədiyini, ümumiyyətlə beynəlxalq standartlara uyğun olaraq nəzarət altında qalmasına bilavasitə şahidlik etsinlər. Bu indiki halda Azərbaycan hakimiyyəti üçün mühüm məsələdir. Çünki bildiyiniz kimi bəzi Qərb dairələri erməni diaspor təbliğatını körükləyərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Hətta gördüyünüz kimi nüfuzlu Qərb ölkələrinin təzyiqi ilə Azərbaycana qarşı bəzi addımlar atılır. Ona görə indiki halda Bakıda istintaqa cəlb edilmiş separatçıların saxlanma şəraitlərinin dünyaya göstərilməsi və onların könüllü şəkildə ifadə verməsini beynəlxalq aləmə çatdırmaq mühüm məsələdir. Odur ki, burda heç bir narahatçılıq keçirmək lazım deyil. Onların ailə üzvləri Bakıya gəlib-gedə bilərlər. O ki, qaldı onların Azərbaycanda yaşamasına, bu zaman məsələsidir. Araikin və başqa ermənilərin istəyindən asılı deyil. Hələ demək olmaz kim harda yaşayacaq”-deyə yazıçı bildirib.
Qeyd edək ki, mətbuatda Araik Arutyunyanın ailəsini Bakıya gətirməsiylə bağlı məlumat yayılıb. Həmçinin o, ifadəsi zamanı Gəncə və Bərdə şəhərlərinin birbaşa Paşinyanın göstərişi ilə vurulduğunu bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
