22 Yanvar 2024 16:25
890
GÜNDƏM

Seçicilər  prezident seçkilərində kimə səs verəcək? - SORĞU

Xəbər verdiyimiz kimi, 7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisi üçün qeydə alınan namizədlərin təbliğat kampaniyası 15 yanvardan başlayıb. Bildiyiniz kimi, namizədlər İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Fuad Əliyev prezdentlik uğrunda seçkilərdə mübarizə aparacaq.


Adalet.az xəbər verir ki, seçki ilə bağlı, hansı namizədə səs verəcəyi, ondan hansı gözləntilərinin olması ilə bağlı bir neçə namizədin fikrini öyrənmişik.
Səbirə Mahmudova - 200 ildən bəri itirdiyimiz torpaqları kim qaytarırsa ona. Dünya standartlarına uyğun Ordu komandanı kimdisə,ona. Sərhədlərimizi bütövləşdirən kimdirsə, ona. Ermənistan dövlətinin varlığını şübhə altına alan lider kimdisə, ona. 44 günlük savaşda dünyanın aparıcı mediyasini siyasi masada fakt qarşısında mat qoyan prezident kimdisə, ona. Dinc əhaliyə ziyan vermədən,Antiterrorla Qarabağı silahlı qruplardan təmizləyən Sərkərdə kimdirsə,ona! 35 ildən bəri Qarabağ iddiasiyla hər iki xalqı zülmə salan,minlərlə şəhidlərimizə səbəb olan, torpagimizda saxta dövlət quran seperatçi erməni liderlərini qandalla Bakiya gətirdən ölkə başçısı kimdirsə,ona! Hələ də dədə torpaqlar uğrunda dünyaya meydan oxuyan rəhbər kimdisə,ona! Qarşıdan gələn seçgidə xarici siyasətini bəyəndiyim,daxili siyasətilə hər bir vətəndaşının prezidenti olmasını arzu etdiyim,İlham Heydər oglunavsəs verəcəyəm.
Siyasi məhbusların azadlığına, Quru sərhədlərin açılmasına,maaş və pensiyaların artırılmasına,usaqpulunun verilməsinə umidliyəm.


Vüsal Qarayev: Mən Milli Cəbhə Partiyasının Mətbuat Şöbəsinin müdiriyəm. Təbii ki, partiyamızın namizədi Razi Nurullayevə!


Şirməmməd Fərəcov: Mənim yeganə namizədim İlham Əliyevdir, bu şəxsiyyətdan başqa heç kimə səs vermərəm, ömrüm bitənə qədər! Ona görə ki, o, Qarabağ problemini Azərbaycanın xeyrinə və birdəfəlik çözdü.


Coşqun Cəbrayılov: Mən həmişəki kimi Cənab Ali Baş komandanımıza səs verəcəm qaldı ki gözləntilərə Komutanımızın gördü işlər göz qabağındadı söyləməklə bitmir onu əsirlər boyu tariximiz söyləyəcək . Qalıdı ki o, birisi namizədlərə onlara məsləhət görürəm ki hələ prezidentliyə hələ namizəd olmaqları tezdi dekabr ayında bələdiyə seçkiləri olacaq səhf etmirəmsə namizədliklərini saxlasınlar o, vaxta .


Seyfi Hesenov: Mən İlham Əliyevə səs verəcəm,ona görə ki başladığı işi o başa catdıra bilər.
Rus qoşunu hələ burdadır,sərhədlər hələ tam bağlanmayıb,sülh müqaviləsi imzalanmayıb,bir sözlə hələ yarımcıq qalan işlərimiz çoxdur.


Yashar Dadashov: Qısa konkret İlham Əliyevə səs verəcəm Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə can sağlığı versin. 34 il də gedib görə bilmədiyimiz  torpaqlarımıza və bütöv Azərbaycana görə .Düzdü ölkəmizdə çatışmazlıqlar çoxdu. Amma inanıram ki, İlham Əliyev bunun da öhdəsindən gələcək. Razi Nurullayevə isə  hörmətim var.


Zəminə Cavadlı:Mən İlham Əliyev cənablarına səs verəcəm. Çünki bu namizədlər özləridə onu dəstəklyirlər.

 Qeyd edək ki,respondentlərin bir çoxu 7 fevral növbədənkənar seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri hesab edir.

 Sorgunu apardı: Əntiqə Rəşid