adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2015 16:03
73080
RUBRİKA

“Seçicilərimin başını aşağı etməmişəm” - Mandat

Mandat.O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan.Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını,onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək.İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Lakin son sözü həmişəxalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindənsoruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə,çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiymətiseçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə rubrikamızın bugünkü qonağı 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Musa Qasımlıdır.

-Musa müəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Deputat olaraq beş ildə birneçə səviyyədə fəaliyyət göstərmişəm. Birincisi, Milli Məclisin komitə vəplenar iclaslarında qanunvericilik işlərindəiştirak etmişəm. Seçicilərimi düşündürən məsələləri iclaslarda gündəliyə gətirmişəm.Bu və ya digər məsələyə dair öz mülahizələrimi söyləmişəm. Hökumətinhesabatları zamanı söylədiklərim icra orqanı tərəfindən yerinə yetirilib və yadiqqətə alınıb. İkincisi, seçicilərim üçün əlçatan olmuşam. Müraciət edənlərləhəm Sumqayıtda, həm də Milli Məclisdə görüşərək istək və arzularını dinləmişəm.İmkanlarım daxilində köməklik etmişəm. Məktublarını müvafiq icra orqanına göndərmişəm.Seçicilərim dəvət edildikdə toy məclislərində iştirak etmişəm. Hüzr məclislərindəimkanım daxilində iştirak etməyə çalışmışam. Üçüncüsü, ölkəmizi və elmimizixarici ölkələrdə ləyaqətlə təmsil etməyə, xüsusən Ermənistanın təcavüzü nəticəsindəyaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin çatdırılmasına səyləretmişəm. Xarici ölkələrdə bir neçə elmiməqaləm və monoqrafiyam nəşr edilib. Beş ildə deputat səlahiyyətlərini qətiyyənaşmamışam. Seçicilərimin başını aşağı etməmişəm, telefonum daim açıq olub,onlar həmişə mənə çata biliblər, seçicilərim mənə səs verdikləri üçünutanmayıblar. Bununla belə, hesab edirəm ki, əsl qiyməti seçici verə bilər.

- Bu müddət ərzindəhansı problemin həlli sizi daha çox sevindirib?

-İmkanlarım daxilində seçicilərimin istəklərini yerinə yetirməyə çalışmışam.Konkret misallar çəkmək istəməzdim. Ancaq müraciətlərə dərhal cavab verilməsi,seçiciyə zəng edilməsi və hətta xoş bir söz deyilməsi təkcə seçicini deyil,insanın özünü də rahatladır.

-MANDAT-ınıqazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

-Dünyanın bütün ölkələrində problemlər var. Birində az, digərində çox.Problem olmayan ölkə yoxdur. Seçicilərin bu gün dünənkindən, sabahsa bu gündənyaxşı yaşamaq istəyi normal qarşılanmalıdır. Belə istək həm də gələcəyə olaninamın, nikbinliyin göstəricisidir.

- Qarşıdan gələnparlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Seçkilərə təqribən 5 ay qalır. Bu, az müddət deyildir. Zamanı gələndə qəti qərarverəcəyəm.

- Musa müəllim, AzərbaycanMilli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlarbarmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Doğrudur, parlament elə danışmaq üçün yer deməkdir. Ancaq danışmağa imkanverilməsi elə nədən gəldi danışmaq olmamalıdır. Məncə, aktivlik danışmaqla ölçülmür.Əsas məsələ az, lakin dərin danışmaqdır. Hər bir məsələ üzrə ilk növbədə mütəxəssisdanışsa, həm qanunlar mükəmməl olar, həm də bilməyənlər öyrənər. Populistçıxışları mən qəbul etmirəm. O dövr çoxdan keçib gedib.

- Azərbaycan Respublikası Milli Məclisininregionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Milli Məclis cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasətkursunun reallaşdırılmasında özünəməxsus rol oynayır. Azərbaycan parlamenti birsıra beynəlxalq və regional parlament təşkilatlarının ya qurucu üzvü, ya daüzvü kimi parlament diplomatiyasında xüsusi yer tutur. Bu fəaliyyəti mən faydalıhesab edirəm.

-Adətən millət vəkilləriilə icra hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur.Sizdə bu sarıdan nə kimi problemlər var?

-Ümumiyyətlə,ötən beş ildə Sumqayıt şəhər icra hakimiyyəti və digər strukturlarla aramızdaheç bir soyuqluq və ya narazılıq olmayıb. İlk növbədə ona görə ki, heç birimizdigərinin işlərinə müdaxilə etməyib, heç kim səlahiyyətlərini aşmayıb, bunlaracəhd də olmayıb. Mən beş ili Sumqayıt şəhər icra hakimiyyəti və məmurlar ilə əməkdaşlıqşəraitində başa vururam.

ƏdilƏdilzadə