“SOVQAT” layihəsi

Səbinə Nuruzadə - AQTİ-nin mütəxəssisi
- Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi İnstitutu (AQTİ) artıq 5 ildir ki fəaliyyət göstərir, bu illər ərzində sahibkarlarımaarifləndirmək məqsədi ilə hansı layihələr həyata keçirilib?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyiİnstitutu (AQTİ) əhalinin sağlam və təhlükəsiz qidaməhsulları ilə təmin edilməsi məqsədi ilə qidasahəsində fəaliyyət göstərən sahibkarlıqsubyektlərini müxtəlif layihələr çərçivəsindəmaarifləndirməyə çalışır. Bu layihələrdən biri də SOVQAT layihəsidir. Layihə çərçivəsində 2020-ci ilin Sentyabr ayından bu günə qədər müxtəlif maarifləndirmə xarakterli görüşlər təşkil edilir.
-SOVQAT Layihəsinin məqsədi nədir?
SOVQAT yəni Sahibkarlıq Obyektlərinə VahidQida təhlükəsizlik Anlayışının Tətbiqi deməkdir.Layihə sahibkarlıq subyektlərində sağlam biznesmühitinin formalaşdırılmasına, müəssisələrin yerlivə beynəlxalq standartların tələblərinə uyğunqurulmasına dəstək göstərir. Ümumiyyətləlayihənin məqsədi qida zəncirinin bütünmərhələlərində fəaliyyət göstərən sahibkarlarınyeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasınıtəmin etməkdən ibarətdir.
-Bu layihə çərçivəsində Sahibkarlara hansıformada dəstək olursuz?
Layihə “Açıq Qapı”, “Peşəkarlarla görüş”,
“Sahibkarların beynəlxalq vebinarlara cəlbedilməsi” və “Təcrübə mübadiləsi” istiqamətləriüzrə həyata keçirilir.
Açıq Qapıda İştirakçıların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarının maddi-texniki bazası ilə yaxından tanış olub, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izlənilməsi təşkil edilir.
Peşəkarlarla görüş saatında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mütəxəsislər ilə sahibkarlar arasında gündəmə uyğun müxtəlif mövzularla qarşılıqlı görüşlər, seminarlar keçirilir iştirakçıların sualları cavablandırılır təklifləri nəzərə alınır.
Beynəlxalq vebinarlara cəlb edilməAQTA və AQTİ-nin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarların təlimlərinə sahibkarların online qoşulması təmin edilir.
Təcrübə mübadiləsində isə Hər dəfə bir nümunəvi müəssisədə infotur təşkil edilir, iştirakçılar istehsalatdakı texnoloji ardıcıllıqlar və laboratoriyalarla tanış olur öz təcrübələrini bölüşürlər.
Ümumilikdə isə 500-ə yaxın sahibkarın iştirak etdiyi görüşlərdə 40-a yaxın online və ənənəvi seminarlar təşkil edilib.
Şəlalə Camal
Digər Xəbərlər

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR
