adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Dekabr 2016 13:47
10675
ƏDƏBİYYAT

«SAZAQ»

Eləilin son günlərində ünvana bir dost hədiyyəsigəldi. Yaradıcılığını sevə-sevə izlədiyim dəyərli qələm dostum Səyyad Aranmənə və oxucularına bir növ Yeni il hədiyyəsi bağışladı. Bu hədiyyə hər kəsüçün yaddaqalandı. Çünki o kitabdı. Özü də Səyyad Aranın 2016-cı ilin son günlərində işıq üzü görən «Sazaq»kitabı!

«Sazaq» «Vektor»nəşriyyatında Elçin İsgəndərzadənin redaktorluğu ilə işıq üzü görüb. Kitabda SəyyadAranın 6 povesti toplanıb. Kitabın tərtibatından və onun nəşr keyfiyyətindən hiss olunur ki, bu «Sazaq» bizi üşütməyəcək. Biz oxucular bu «Sazağ»ınistisində Səyyad Aranın söz dünyası ilə baş-başa qalacağıq. Mən bir oxucu olaraq qələm dostumu «Sazağ»ın dünyaya gəlişimünasibətilə təbrik edir, ona Yeni ildə can sağlığı və daha böyük yaradıcılıquğurları diləyirəm.

Əbülfət MƏDƏTOĞLU