adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2014 12:37
10202
SAĞLAMLIQ

Sarışınların daha tez tutulduğu xəstəlik

Dünyadaölüm səbəblərindən 3-cü ən təhlükəlisi sayılan sümük əriməsi xəstəliyi adətənyaşla və hərəkətsizliklə əlaqədar sayılsa da, genetik və piqment bağlılığı daməlum olub. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, türkhəkimlərinin gəldiyi qənaətə görə, sarışın adamlar sümük ərimələrindən daha çoxəziyyət çəkir, həm də daha erkən bu xəstəliyə düçar olurlar. Səbəb isə sarışınadamlarda sümüklərin daha zəif, dərilərinin daha həssas olmasıdır.

Ümumiyyətlə,qadınlar kişilərdən daha sıx bu xəstəlikdən əziyyət çəkirlər ki, bu qadınlarındaha sabit həyat tərzi keçirməsi və menopoz dönəmi ilə əlaqədardır.

Həkimlərsümük əriməsi ilə mücadilədə qida rasionuna D vitamini ilə zəngin qidaları,dənli bitkiləri daxil etməyi və gündəlik idman hərəkətlərinə ciddi yanaşmağı,günəşdən faydalanmağı tövsiyə edirlər.

Qeyd edəkki, sümük əriməsi insan ölümünə görə yalnız ağciyər xərçəngi və ürək-damarxəstəliklərindən geridə qalır.