adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Iyul 2019 10:09
51685
DÜNYA

Sarışın oğlan

Böyük Britaniyanınbaş naziri seçilən Boris Consonun artıq dörd ildən çoxdur ki, bu ölkəninbaşında bir kabus kimi dolaşan və indiyə kimi artıq iki baş nazirin və xeyli kabinetüzvünün başını yeyən Brexitin növbəti qurbanı olub-olmayacağı oktaybra kimiaydınlaşacaq. Hələ 2015-ci ildə o vaxtkı baş nazir Devid Kemeronun AvropaBirliyini bir növ şantaj eləmək məqsədilə ortaya atdığı bu ideya ölkəni çıxışyolu heç kimə məlum olmayan bir dalana soxub. Əslində, D. Kemeronun referendumkeçirməkdə məqsədi heç də Böyük Britaniyanı AB-dən çıxartmaq yox, ondan birsıra sahələrdə, konkret desək, maliyyə bazarında Avronun üstün mövqeyinə sonqoymaq, biznesə bürokratik müdaxilələrin qarşısını almaq, milli suverenliyə təhdidyaratdığı üçün daha sıx siyasi inteqrasiyadan imtina eləmək, Avropa ölkələrindənİngiltərəyə gələn əmək mühacirlərinin mənzil, eləcə də digər sosial müavinətlərləbağlı güzəştlərinə korrektələr etmək və s. bu kimi məsələləri əhatə eləyirdi. Kemeronbu dörd şərtdən birinci üçü barədə razılıq əldə etdiyi üçün referendumda AB-dəqalmaq tərəfdarı kimi çıxış etsə də artıq gec idi, cin şüşədən çıxmışdı. Onunbu demarşı nəinki ingilis cəmiyyətini, hətta rəhbəri oduğu Mühafizəkarlarpartiyasını da Brexit tərəfdarları və əleyhdarları deyə tam iki yerə parçaladı.Üstəlik, artıq dörd ildir ki, bütün Avropa siyasi elitası bu müşkülün əlində giriftargünə qalıb. Görünür, vaxtilə Şarl de Qoll İngiltərənin bugünkü AB-nin sələflərindənolan Avropa İqtisadi Birliyinə üzvülüyünə düz iki dəfə veto qoymaqda haqlıolub.

Referendumda Brexit tərəfdarlarıcəmi bir faizlik üstünlüklə qələbə çalmışdı. Bu bir faizlik fərqi Brexitin əleyhinəolan böyük biznesin mövqeyi də qapada bilmədi. D. Kemeronun AB-nin biznes mühitində yaratdığıbürokratik əngəllərə etiraz etməsinə rəğmən bütün böyük şirkətlər Brexitəqarşıydı. Unutmaq lazım deyil ki, söhbət əsrlər boyu silah gücünə dünyanı idarəeləyən bir krallığın azalmaq bilməyən imperiya iştahlarını bu gün pul gücünə doyduranqüdrətli şirkətlərdən gedir. Sonra da deyirlər ki, pul hər şeyi həll edir. Azadtəfəkkürün qarşısında yeri gələndə pul da silah kimi acizdir, o yalnız köləşüurunun hökm sürdüyü ölkələrdə hər şeyə qadir ola bilər.

Bəs, yeni baş nazirölkəni bu ağır böhrandan çıxarda biləcəkmi? Əslində, bunun elə Tereza Meyə də məlumolan çox asan bir yolu var. Qurumla heçbir saziş imzalamadan, necə deyərlər, ağına-bozuna baxmadan şələ-şüləniyığışdırıb getmək. Amma İngiltərə nə qədərgüclü dövlət olsa da bu cür boşanmanın fəsadlarından çox əziyyət çəkəcək. Yuxarıdada qeyd etdiyimiz kimi referendum avantürasının müəllifi olan D. Kemeronun məqsədiheç də birlikdən çıxmaq olmadığı, belə bir nəticəyə inanmadığı üçün bütünbunları nəzər almamışdı. Yükün ağırlığı AB kimi ciddi bir qurumdan halallaşaraqçıxmaq istəyən, ancaq bu ağır döyüşdə nəinki siyasi opponentlərindən,heç partiyadaşlarından da gözlədiyi dəstəyi ala bilməyən, nəticədə öz postunugöz yaşları içində tərk eləməyə məcbur olan Tereza Meyin üzərinə düşdü.

İngilslərin və AvropanınBoris Consondan əsas gözləntisi artıq bütün dünyanın zəhləsini tökmüş bu Brexitməsələsinə, nəhayət, son qoyulmasıyla bağlıdır və böyük ehtimalla o bu problemhəll edəcək. Yəni, uzağı heç bir şərtsiz-filansız xalqın iradəsini gerçəkləşdirəcək.Ancaq bu sarışın oğlanla bağlı bizim tərəflərdə başqa gözləntilər var.

Onun türk əsilli biringilis olması hələ Xarici işlər naziri olduğu vaxtlarda gündəmə gəlmişdi. ƏliKamal (əslində Əli Rza, türk şairi Namik Kamala sevgisindən sonradan bu adıgötürür) adlı bir türk jurnalist və diplomat İngiltərədə işləyərkən bir ingilisxanımla evlənir. Həmin xanımdan Əsma adlı bir qızı, Osman adlı oğlu dünyaya gəlir.Elə Osman doğularkən də anası vəfat eləyir. Sonralar bu Əli Kamal İstanbulaqayıdır, böyük vəzifələrdə işləyir, hətta Osmanlının Təhsil və Daxiliyyə naziriolur. Atatürkün başçılığı ilə gedən Türk İstiqlal Savaşının əleyhdarı, yəni,Türkiyənin elə həmin ingilislərin əliylə üç-dörd dövlətə parçalanmasının tərəfdarıolur. Atatürkün öldürülməsi əmrini verir. Oturub-durduğu dostlarıda ki, ermənilər.Sonralar istiqlal savaşının əsgərləri tərəfindən tutulur və linc edilərəköldürülür. Onun bu aqibətindən qorxuya düşən oğlu Osman İngiltərəyə qaçır, adınıdıyişib Vilfrid qoyur, ana nənəsinin soyadını götürərək birdəfəlik dönüb olurtam ingilis. İndiki baş nazir də məhz həmin Osmanın, yəni Vilfridin oğlu StenliConsonun övladıdır.

Şübhəsiz, BorisConsonun bu əhvalatlardan, özü də mətbuatda yazılanlardan da qat-qat çox məlumatıvar. Birincisi, çox uzaq tarix deyil, ikincisi də bizim tərəflərdən fərqliolaraq oralarda insanlar, özü də təkcə əsilzadələr deyil, adi insanlar da öz şəcərəsihaqqında dəqiq bilgilərə malik olurlar. Həm də rəvayətlərə söykənən mücərrəd vəşişirdilmiş bilgilərə yox, necə deyərlər, sənədli-sübutlu bilgilərə. Babasının,xüsusilə ulu babasının faciəli həyat tarixçəsi də şox güman ki, balaca Borisinqəlbində onun mənsub olduğu ölkəyə qarşı heç bir hüsnü-rəğbət doğurmayıb. Üstəlik,bu "blondin”in zahiri görkəmində də türk və şərq adına kiçik bir nişanə yoxdur.Deyəsən, belə bir yarıelmi, yarımistik nəzəriyyədə var ki, insanlarıngenetikasında bioloji amillərlə yanaşı onların xəyalları, fantaziyaları dahansısa rol oynayır. Görünür, Boris Consonun da ata və babası hətta cütləşmə məqamındada bu xəyallarından yaxa qurtara bilməyiblər. Odur ki, yersiz illüziyalaraqapılmaq lazım deyil. Yeni nazirin genetik yaddaşı nə qədər zəif olsa bizə bir o qədər xeyir verər.

M. Məmmədov