Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar - RƏSMİ + FOTOLAR
Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

