Samuxda yanğın: Helikopter və təyyarə göndərildi
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.
Adalet.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Bir istiqamətdə yanğının qarşısı alınıb.
Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə aınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Digər Xəbərlər
28 Aprel 2024 15:03
Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03