Samuxda silahlı insident: Bir nəfər yaralandı
Mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə daxil olmuş məlumatla əlaqədar dərhal Samux Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.
Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.
Digər Xəbərlər
30 Aprel 2024 11:00
Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17