Samux rayon sakini özünü bıçaqlayıb
Samux rayon sakini intihara cəhd edib. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayonunun Karayeri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ramin Kamil oğlu Qurbanov sirkə turşusundan zəhərlənmə və qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilsə də, yaralının vəziyyəti orta-ağır olaraq qalır. Araşdırma zamanı məlum olub ki, 38 yaşlı R. Qurbanov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43