"Samsung" istifadəçiləri təbil çalır - Telefonlarda onları izləyən proqram var?
"Samsung" smartfon istifadəçiləri cihazlarda öncədən quraşdırılmış "AppCloud" adlı tətbiqindən narahatdırlar.
Adalet.az "PhoneArena" portalına istinadən xəbər verir ki, bu tətbiq cihazlardan silinə bilmir - onu tam şəkildə silmək zəmanətin itirilməsinə səbəb ola bilər.
Üstəlik, "AppCloud" genişləndirilmiş sistem səlahiyyətlərinə malikdir. Məlumata əsasən, "AppCloud" İsrailin "ironSource" şirkəti tərəfindən hazırlanıb və daha sonra ABŞ-nin Unity korporasiyasının tərkibinə daxil olub.
"Samsung"un rəsmi resurslarında isə tətbiqin funksiyası və iş prinsipi barədə geniş izah verilməyib. İstifadəçiləri ən çox narahat edən məsələ toplanan məlumatların həcmi olub. Tətbiq barmaq izi kimi biometrik məlumatlara, IP-ünvana və geolokasiyaya, həmçinin istifadəçinin açıq icazəsi olmadan daxil ola bilir. Mənbə iddia edir ki, "AppCloud" gizli şəkildə təsdiqlənməmiş proqramlar quraşdırmaq imkanına da malikdir. Tətbiqi tam silmək mümkün deyil - hətta silindikdə belə "One UI" yeniləmələri ilə birlikdə yenidən bərpa olunur.
Parametrlərdən deaktivasiya da problemi həll etmir: "AppCloud"un bəzi prosesləri arxa planda işləməyə davam edir. Ekspertlər bunun böyük ehtimalla casus proqram deyil, istifadəçi davranışını analiz edən marketinq platforması olduğunu düşünürlər. Lakin tətbiqin iş mexanizminin qeyri-şəffaflığı artıq bir sıra ölkələrdə diqqət çəkib və "Samsung"dan rəsmi açıqlama tələb olunub./Unikal
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

