03 May 2025 10:15
196
İDMAN

“Şamaxı” “Səbail”ə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

Misli Premyer Liqasında XXXIII turun oyunları davam edir.

Adalet.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Ardınca isə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Matçın start fiti saat 20:00-da start götürəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 54 xalla üçüncü, "Sabah" 40 xalla beşinci sırada yer alıb. 35 xalı olan "Şamaxı" yeddinci və 21 xala malik "Səbail" sonuncu yerdə qərarlaşıb.