Avarçəkənlərimiz "Prezident Kuboku-2025"də 14 medal qazandılar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub.
Adalet.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə müxtəlif məsafələrə kayak-kanoe və akademik növdə mübarizə baş tutub.
İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü (2009-2010) 200 metr məsafəyə kayak yarışında gümüş, eyni yaş kateqoriyasında Vacib Babayev/Nuran Rəhimli tandemi isə bürünc mükafata sahib çıxıb.
Eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü (2011-2012) ikinci, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti (2011-2012) isə üçüncü yeri tutub.
Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü isə (2006-2007) akademik avarçəkmədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan avarçəkənləri turniri 14 medalla başa vurublar. Milli komandanın üzvləri daha əvvəl 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

