Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub.
"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
21 Fevral 2026 12:00
Polis ötən gün Azərbaycanda 20 silah aşkarlayıb
21 Fevral 2026 11:09
7 kiloqramdan çox narkotik vasitə aşkarlandı
20 Fevral 2026 17:03
Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - VİDEO
20 Fevral 2026 16:22
İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi - VİDEO
20 Fevral 2026 10:41
Bakıda şirkətin anbarından 10 min manatlıq oğurluq edilib
20 Fevral 2026 09:36
Qaradağda tarixi-mədəni abidələrə ziyan vurdular - VİDEO
19 Fevral 2026 17:15
Kredit götürmək istədi - Dələduzların qurbanı oldu
19 Fevral 2026 15:18


Bakı -°C

