adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 17:15
102
KRİMİNAL
A- A+

Kredit götürmək istədi - Dələduzların qurbanı oldu

Abşeron rayonu ərazisində onlayn kredit götürmək üçün tanışından kömək istəyən 30 yaşlı qadın dələduzluqla üzləşib.

Adalet.az xəbər verir ki, tanışı müraciəti göndərərkən bilə-bilə özünə məxsus olan kart məlumatlarını qeyd edib və pul köçdükdən sonra da məlumat verməyib.

Nəticədə zərərçəkənə 320 manat maddi ziyan vurulub. O, bu barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.