Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Q.Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
Digər Xəbərlər

Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO

"Soyundurub videoya çəkdilər" - Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər

Bakıda silah-sursat aşkarlandı

Naxçıvanda evdən 22 mindən çox pul oğurlandı

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu
