Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər

"Soyundurub videoya çəkdilər" - Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər

Bakıda silah-sursat aşkarlandı

Naxçıvanda evdən 22 mindən çox pul oğurlandı

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu

Həftəsonu kartlardan vətəndaşların 13 min manatı talanıb
