adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Avqust 2019 16:05
20119
ƏDƏBİYYAT

SALYANDA İLHAM QƏHRƏMANIN YUBİLEYİ QEYD EDİLİB

Avqustun 7-də Salyan şəhərində şair-publisist İlhamQəhrəmanın 60 illik yubiley tədbiri keçirilib. Azərbaycan Yazıçılar BirliyininMuğan bölməsi tərəfindən təşkil edilən tədbir Salyan Diyarşünaslıq Muzeyindəbaş tutub. 

İlham Qəhrəman özü tədbirə qələm dostları tənqidçi Əsəd Cahangir vəağsaqqal şair Oktay Rza ilə qatılmışdır. Rayon rəhbərliyi, ziyalılar, regionuntanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə AYB Muğanbölməsinin sədri Nəbi İbrahimli giriş sözüylə çıxış edərək gələn qonaqlarısalamlamış, belə tədbirlərin əhəmiyyətindən danışmışdır. Salyan MərkəziKitabxanasının direktoru Səidə Əliyeva öz çıxışında həm yubilyarın bioqrafiyası,həm də keçdiyi zəngin yaradıcılıq yolu haqqında tədbir işirakçılarına məlumatvermişdir. Daha sonra Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi,Nəsimi adına Dilçilik İnstitutunun aspirantı Günel Orucova İlham Qəhrəmanınyaradıcılıq məziyyətlərindən söz açmış – onun şeir yaradıcılığında canlı xalqdanışıq dilindən məharətlə bəhrələnməsindən, bir çox unudulmuş sözlərə uğurlayenidən həyat verməsindən bəhs etmişdir. Fikirlərinə söykək üçün şairin şeirlərindənsitatlar çəkən Günel xanım İlham Qəhrəman yaradıcılığını qısaca belə xarakterizəetmişdir – adiliyin aliliyi. Natiq fikrini davam etdirərək İlham Qəhrəmanın folkloryaradıcılığından da bəhs etmişdir. O şairin dili yaxşı bildiyi üçün Sarı Aşıq vəAşıq Alı yaradıcılığına diqqət ayırıb, onların irsini toplamasını və cinaslarıorjinalda olduğu kimi tərtib etməsini yüksək dəyərləndirmişdir. "Kürün töhfəsi”ədəbi birliyinin üzvü, gənc şair Pərviz Əbil tədbirdə İlham Qəhrəmandan və özyaradıcılığından şeirlər səsləndirmişdir. 

Tədbirdə geniş nitq ilə çıxış edən ƏsədCahangir toplaşanlara qələm dostu İlham Qəhrəmanın lirik şair olduğunu, onun yaradıcılığınımaraqla izlədiyini gələnlərin diqqətinə çatdırmışdır. O şairin şeirlərindəanalarımızın dilində danışmasını xüsusi vurğulamışdır. Daha sonra şair OktayRza şairin doğma yurdu Laçının işğal altında olmasından və onun bu mövzudayazılıb yenicə "Ədəbiyyat qəzeti”ndə işıq üzü görmüş "Yaddaş” poemasından sözsalmışdır. Oktay Rza poemanın təsirli olmasını, rəvan, axıcı dillə yazılmasınıqeyd etmişdir. Tədbirdə Salayan rayon İH Humanitar və İctimai-siyasi şöbəninmüdiri Əzizağa Yaqubov, şair-publisist Əzizağa Məmmədli və başqaları çıxışetmişlər. Sonda şairlə xatirə şəkilləri çəkilmişdir.