UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyev ilə görüşüb.
Adalet.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin 27–29 oktyabr tarixlərində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub. Forumun müasir dövrün qlobal çağırışlarının müzakirəsi, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqi, eləcə də sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu vurğulanıb.
Qeyd edilib ki, bununla yanaşı, Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin ölkədə təmsilçiliyinin genişləndirilməsi planları ətrafında da fikir mübadiləsi aparılıb. Bunun Azərbaycan ilə UNOCT arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə, terrorçuluqla mübarizə sahəsində beynəlxalq təşəbbüslərin dəstəklənməsinə töhfə verə biləcəyi vurğulanıb.
Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələr, bu sahədə BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi önəm diqqətə çatdırılıb.
Aleksandr Zuyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin fəaliyyəti, terrorçuluğa qarşı qlobal səylərin əlaqələndirilməsi və üzv dövlətlərlə əməkdaşlığın əsas istiqamətləri barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər
27 Oktyabr 2026 18:01
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub - YENİLƏNİB
27 Oktyabr 2026 16:49
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR
27 Oktyabr 2026 15:08
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 14:42
“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
27 Oktyabr 2026 14:00
Prezident qonaqlarla görüşdü - VİDEO
27 Oktyabr 2026 13:46


Bakı -°C

