Bir gecədə 18 ailə üzvünü itirdi
Fevralın 22-də Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqindəki Nangarhar və Paktika əyalətlərində çoxsaylı hava hücumları həyata keçirib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub.
İnsidentdə bütün ailə üzvlərini itirən əfqan kişinin hekayəsi ürəkləri dağlayıb. Hadisədən sonra yerli mediaya açıqlama verən kişi çarəsiz olduğunu ifadə edib.
"Cəmi 48 saat əvvəl onlar sağ idilər və uşaqlarım həyətdə oynayırdılar. İndi isə nə evim var, nə də onlar...".
Pakistan hökuməti hava hücumlarını sərhədin o tayından gələn Təhriki Taliban Pakistan (TTP) və İslam Dövləti – Xorasan əyaləti (İŞİD) ilə əlaqəli yaraqlıların "kəşfiyyat əsaslı hədəfə alınması" kimi müdafiə edir. Lakin Kabil administrasiyası hücumları qətiyyətlə pisləyərək, onları Əfqanıstanın suverenliyinin pozulması və mülki şəxslərin hədəfə alınması kimi xarakterizə edib.
Digər Xəbərlər
23 Fevral 2026 15:33
Rusiya ordusunun Gürcüstan ərazilərindən çıxarılması tələb edildi
23 Fevral 2026 14:43
Mafiya liderinin oğlu qaçırıldı - 10 milyon dollar tələb edirlər
23 Fevral 2026 14:03
Hindistan İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
23 Fevral 2026 13:39


Bakı -°C

