Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub
İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.
Adalet.az xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin II turunda İtaliya təmsilçisi "Boloniya" ilə matçda reallaşdırıb.
Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.
Qeyd edək ki, "Liverpul" - "Boloniya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

