adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 10:14
482
GÜNDƏM

Şahramanyanın  “Le Figaro”ya müsahibəsi: "Qarabağda qalan ermənilərin sayı..."

Ötən ilin dekabrın 22-də özünü buraxmış qondarma “artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Fransanın “Le Figaro” qəzetinə müsahibə verib.


Adalet.az xəbər verir ki, Xankəndidən qaçmış "prezident" nəşrə Qarabağda qalan ermənilərin sayı ilə bağlı məlumat verib:"
Əldə etdiyimiz məlumatlara görə, bu gün Qarabağın bütün ərazisində 10 və ya 11 erməni qalıb. Onlar hərəkət edə bilməyən və ya yaxınlarının məzarlarının yanında qalmaq istəyən əlil və ya xəstə insanlardır. 2023-cü ilin sentyabrında baş verən köçdən sonra orada qalan ermənilərinn sayı daha çox olub. Lakin sonra orada qalmağa qərar verən onlarla erməni Qırmızı Xaç sayəsində Ermənistana gəlməyi seçdi”, - deyə Şahramanyan bildirib.


Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov noyabr ayında açıqlama vermişdi ki, “Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb.

 Əntiqə Rəşid