“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib - VİDEO
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.
Adalet.az xəbər verir ki, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər.
Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib.
Digər Xəbərlər
19 Oktyabr 2026 19:00
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
19 Oktyabr 2026 18:14
Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTOLAR
19 Oktyabr 2026 18:00
Futbola görə 18 avtobus marşrutunun hərəkət sxemi dəyişir
19 Oktyabr 2026 14:40


Bakı -°C

