Sahibsiz it sürüsü qadını təcavüzdən xilas etdi
Rusiyanın Kaluqa şəhərində sahibsiz it sürüsü bir qadını təcavüzkarın əlindən xilas edib.
Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsi xəbər yayıb.
Bildirilir ki, qadın işdən evə qayıdarkən naməlum kişi ona arxadan yaxınlaşaraq yerə yıxıb və ona təcavüz etməyə çalışıb.
Qadın özünü qorumağa və qışqırmağa başlayıb, lakin ətrafda adam olmayıb. Hansısa anda hadisə yerinə it sürüsü yaxınlaşıb. Bu zaman kişi qorxaraq oradan uzaqlaşıb.
Xilas olan qadın polisə müraciət edərək hücumçunun əlamətlərini deyib. Müfəttişlər kişini cinayət yerinin yaxınlığında saxlayıblar.
Kişiyə qarşı “təcavüzə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02