Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı Bakıda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, Dünya dini liderlərinin qlobal Bakı Sammitinin çox aktual məsələlərin müzakirə edildiyi mühüm bir platforma olduğunu söyləyib.
O, Qlobal Tolerantlıq və Sülh Şurasının dünyada sülh və tolerantlığı təşviq etdiyini, Azərbaycan xalqının da eyni dəyərləri bölüşdüyünü bildirib. Spiker diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın və dinlərarası dialoqun təşviqi həmişə xalqımızın həyat tərzi və dövlət siyasəti olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, bütün dünyada tolerantlıq, multikulturalizm, qarşılqlı anlaşma kimi humanist dəyərləri təbliğ edir.
Sahibə Qafarova ölkəmizin təşkilatçılığı ilə keçirilmiş və tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq, qarşılqlı anlaşma mövzularına həsr olunmuş tədbirləri xatırladıb. Onun sözlərinə görə, dünyada baş verən münaqişələrin səbəblərindən biri də tolerantlığın, qarşılıqlı anlaşmanın olmamasıdır.
Görüşdə qeyd olunub ki, Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi təkcə ölkəmizin yaşıl enerji gündəliyinə qlobal dəstəyi deyil, həm də onun müxtəlif qrupları birləşdirmək, dialoqu təşviq etmək və onlar arasında anlaşmaya nail olmaq qabiliyyətini əks etdirir. Dünya dinləri, tolerantlıq anlayışı dövrümüzün ən aktual problemi olan iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala və imkanlara malikdirlər. Sammitin “Dünya dinləri yaşıl planet uğrunda” şüarı da bu aktuallığı əks etdirir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə parlament konfransı keçiriləcək. Bu konfransın da aktual məsələlərin müzakirəsi baxımından mühüm bir fürsət olacağına əminlik ifadə edilib.
Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan Dini Liderlərin Qlobal Sammitinin yüksək səviyyədə təşkilinə və onun Azərbaycana səfərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanı çox sevdiyini, ölkəmizlə tanışlığın, xalqımızın mədəniyyətinin, multikultural dəyərlərinin qonaqlarda yüksək təəssürat yaratdığını deyib.
Qonaq Dünya dini liderlərinin qlobal Bakı Sammitinin sülh və tolerantlıq haqqında müzakirələr aparmaq üçün əlverişli bir imkan olduğunu qeyd edib. Qlobal Tolerantlıq və Sülh Şurasının sədri rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20
MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib
02 Oktyabr 2026 17:01
“Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48


Bakı -°C

