Sahibə Qafarova Kurtulmuşu təbrik etdi
Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Adalet.az-a daxil olan məlumata görə, məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Məktubda deyilir ki, “Bir millət, İki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.
Milli Məclisin sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.
Həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Digər Xəbərlər
05 Oktyabr 2026 21:02
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
05 Oktyabr 2026 20:50
Nazir Marko Rubio ilə danışdı
05 Oktyabr 2026 19:00
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05 Oktyabr 2026 18:41
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
05 Oktyabr 2026 18:35
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
05 Oktyabr 2026 14:31
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
05 Oktyabr 2026 14:14
Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır
05 Oktyabr 2026 13:26


Bakı -°C

