Sahibə Qafarova: "Ermənistan regionda kommunikasiya və nəqliyyat yollarının..."
"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışı zamanı deyib.
S.Qafarova vurğulayıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir:
"Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq".
Milli Məclisin sədri xatırladıb ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir.
"Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur", - S.Qafarova bildirib.
Digər Xəbərlər
29 Sentyabr 2026 17:28
Baş prokuror Rusiya Ali Məhkəməsinin sədri ilə görüşdü
29 Sentyabr 2026 14:27
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29 Sentyabr 2026 12:33
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
29 Sentyabr 2026 12:17
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - FOTOLAR
29 Sentyabr 2026 10:50
“Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib”
29 Sentyabr 2026 10:12
“SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur”
28 Sentyabr 2026 22:45
Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət
28 Sentyabr 2026 18:42


Bakı -°C

