Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır
Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazilərini azad edib, ərazi bütövlüyünü bərpa edib.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:
“Mənfi tendensiyaları geri qaytarmaq, dünyada sülhə əmin-amanlığa nail olmağın yeganə yolu isə çoxtərəfli əməkdaşlıqlardır”.
S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmaqdır:
“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41


Bakı -°C

