adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 16:56
79
GÜNDƏM
A- A+

Sahibə Qafarova dəfn mərasimində - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib.

Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə Doha şəhərinə səfər edib.

Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

11:08

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən son iclasında sədr Sahibə Qafarova iştirak etmir.

Adalet.az xəbər verir ki, parlamentin I vitse-spikeri Əli Əhmədov Sahibə Qafarovanın Qətərin sabiq əmirinin dəfn mərasimində iştirak üçün bu ölkədə səfərdə olduğunu bildirib.