Əsədov Arnout Damenlə görüşdü
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru Arnout Damenlə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Damen Shipyards Group” arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin və tranzit potensialının daha da gücləndirilməsinin gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan ilə “Damen Shipyards Group” arasında gəmiqayırma, müasir dəniz texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşdə iştirak edib.
Digər Xəbərlər
14 Iyul 2026 17:41
Baş nazir qərar imzaladı
14 Iyul 2026 17:28
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
14 Iyul 2026 13:13
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14 Iyul 2026 12:26
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14 Iyul 2026 12:20
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
14 Iyul 2026 12:14
“Bilinmir təyyarə nə vaxt uçacaq, hansı dövrdə yaşayırıq?”
14 Iyul 2026 11:37
“Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
14 Iyul 2026 11:34


Bakı -°C

