“Şagirdlərin məktəbdə telefonla neqativləri üzə çıxarması faydalıdır, amma...”- Ekspert
“Məktəbdə elə bir qayda yoxdur, ola da bilməz. Belə bir qayda heç dünya təcrübəsində də qəbul olunan qayda deyil. Bu gün bütün uşaq konvensiyaları, təhsil qanunu, müəllimlərin etik-davranış normaları və bir sözlə bütün bunlar birmənalı şəkildə şagirdə qarşı bu addımları qadağan edir. Bizim məktəblərdə isə bu kimi hallar baş verir və maraqlıdır ki, başvermə də yüksələn xətlə gedir, səngimək bilmir”
Bunu Adalet.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib. Ekspert dərsə gecikən şagirdə məktəbin döşəməsini sildirən müəllimin onu təhqir etdiyini bildirib:
“Bütün bunlar hamısı sosial şəbəkələrin hesabına ortalığa çıxır. Şagirdlərin məktəbə telefonla gedib məktəbdəki hadisələri çəkməsi neqativləri üzə çıxarmaq baxımından faydalıdır. Amma məsələnin ikinci tərəfi də var axı, bütün bunlar məktəbi nüfuzdan salır. 2013-cü ildə biz bir strategiya qəbul etmişik və onun hədəflərindən biri də müəllimin nüfuzunu qaldırmaqdır. Amma bununla yanaşı, məktəblərdə xoşagəlməz hadisələrin şahidi oluruq.
Müəllimin şagirdə məktəbin döşəməsini sildirməsi cəza metodu deyil. Müəlimin uşağa əl qaldırmasını hardasa qəbul etmək olar. Amma döşəmə sildirmək uşaq şəxsiyyətinin alçaldılması, təhqir olunmasıdır. O şagirdi görənlər olacaq və hətta özünə gedib qəsd də edə bilər. Nə qədər də uşaq olsa onun mənliyi, mənəviyyatı var. Ona görə hesab edirəm ki, bu haqda ciddi bir ölçü götürülməlidir”-deyə ekspert bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
01 Aprel 2026 15:59
Bu məktəbdə tədris dayandırıldı
01 Aprel 2026 11:14
Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə!
01 Aprel 2026 10:49
Bu şəxslər də müəllim işləyə biləcək
31 Mart 2026 16:20
I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlandı
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15


Bakı -°C

