Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik - Nazir
"Dillə bağlı müxtəlif müzakirələr ayrı-ayrı tədqiqatlara əsaslananmalıdır".
Adalet.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.
Nazir diqqətə çatdırıb ki, dil duyumunun formalaşması, dildən səriştəli istifadə, dilin yaradıcı vasitə kimi istifadə edilməsi Azərbaycan dilinin tədrisində əsas elementlərdir.
"Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik. Ona görə də, həmin şagirddə bacarıqlar formalaşdırılmalıdır. Bu isə siyasi-ictimai yox, pedaqoji prosesdir",- E.Əmrullayev bildirib.
Onun sözlərinə görə, tədris dilindən asılı olmayaraq hər bir şagird Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

