adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
17 Mart 2024 10:12
1163
HADİSƏ

Sabunçuda motosiklet avtobusa çırpıldı: Bir nəfər ağır xəsarət aldı

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Adalet.az xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

Elmir Hafiz oğlu Baxşıyev idarə etdiyi motosikleti özəl müəssisələrin birinə məxsus avtobusa çırpıb.

Ağır xəsarət alan motosikletçi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib./apa